Daxili İşlər Nazirliyinin avqusutn 26-da baş verən yol qəzaları ilə bağlı məlumatı
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Avqustun 26-da saat 20.15 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Ülvi Hüseynovun idarə etdiyi "QAZel" markalı və qəsəbə sakini Seyid İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə S.İsmayılovun xəsarət alan 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan biri - Aydın Həşimov orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır. Avqustun 26-da saat 19.30 radələrində Əzizbəyov rayonunun Binə qəsəbəsi ərazisində Bakıxanov qəsəbə sakini Elbrus Məmmədov "Opel" markalı avtomaşını idarə edərkən, qəsəbə sakini Ayşən İmanovanı vurub. Nəticədə A.İmanova hadisə yerində ölüb. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır. Avqsutun 26-da saat 17.30 radələrində Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisində, kənd sakini Eldəniz İsgəndərov "Mitsubişi" markalı avtomobili idarə edərkən onu aşırıb. Nəticədə sərnişini Toğrul Rəsulov hadisə yerində ölüb. Şəki ŞRPŞ tərəfindən araşdırmalar aparılır. Avqustun 26-da saat 17.00 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində, Çinarlı qəsəbə sakini Tacəddin Muxtarovun idarə etdiyi "VAZ-2107" markalı və şəhər sakini Vüsal Novruzovun idarə etdiyi "VAZ-2106" markalı maşınlar toqquşub. Nəticədə V.Novruzov hadisə yerində ölüb. Şəmkir RPŞ tərəfindən araşdırmalar aparılır./ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 27.08.2008 14:31 © anspress.com |