Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda səfərdədir
Avqustun 28-dək davam edəcək səfərdə məqsəd dost ölkə ilə əlaqələrin möhkəmləndirilməsidir
Xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti avqustun 25-dən Əfqanıstanda səfərdədir. AzərTAc-ın məlumatına görə, avqustun 28-dək davam edəcək səfərdə məqsəd dost ölkə ilə əlaqələrin möhkəmləndirilməsidir. Araz Əzimov Əfqanıstana səfərinin ilk günü hərbi hissədə əsgərlərimizin xidmət və yaşayış şəraiti ilə tanış olub, onların arzu və istəklərini öyrənib. Nazir müavini əsgərlərimizin xidmət etdiyi Kabul bölgə komandanı general M.Stollsteiner ilə də görüşüb. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 27.08.2008 13:21 © anspress.com |