Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın səhhəti pisləşib
82 yaşlı Şamama Həsənova avqustun 24-də insult diaqnozu ilə Respublika Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

82 yaşlı Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın səhhətində problem yaranıb. Beyin qan dövranın kəskin pozğunluğundan əziyyət çəkən Şamama Həsənova M.Ə. Mirqasımov adına Respublika Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində konservativ müalicə alır. Respublika Mərkəzi Xəstəxanasının həkimi Ulduz Cabbarovanın ANSPRESS-ə verdiyi məlumata əsasən, Şamama xanım bu ilin iyul ayının 29-dan avqustun 9-dək adı çəkilən xəstəxanada eyni diaqnozla müalicə olunub. Avqustun 24-də isə daha ağır vəziyyətdə-işemik insult diaqnozu ilə yenidən xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Hazırda xəstənin vəziyyəti sabitdir.

Xatırladaq ki, Şamama Həsənova Azərbaycan əməkçiləri arasında ilk Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş pambıq ustasıdır.

Azər Həsənov /ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 27.08.2008 12:21

© anspress.com