"Araz" klubu UEFA kubokunda mübarizə aparacaq
Komandamızın çıxış edəcəyi qrupun oyunları sentyabrın 11-dən 14-dək Bakı İdman Sarayında keçiriləcək
Azərbaycanı futzal üzrə UEFA kubokunda təmsil edəcək “Araz” klubu 6-cı qrupda mübarizə aparacaq. Komandamızın çıxış edəcəyi qrupun oyunları sentyabrın 11-dən 14-dək Bakı İdman Sarayında keçiriləcək. Artıq bu oyunların hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib: Hakim-inspektor Patrik Villemark (Belçika), UEFA nümayəndəsi Aleksandru Burlak (Makedoniya). Elvin Rəsul /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 27.08.2008 13:08 © anspress.com |