NATO Rusiya rəhbərliyini Cənubi Osetiya və Abxaziya ilə bağlı qərarına yenidən baxmağa çağırıb
NATO ölkələri bu gün birgə bəyannamə ilə çıxış ediblər

NATO ölkələri birgə bəyannamə ilə Rusiyanı Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini birtərəfli qaydada tanınması barədə qərarına yenidən baxmağa çağırıblar. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, NATO ölkələri bu gün səfirlər səviyyəsində Brüsseldə planlaşdırma iclası keçiriblər.

“Şimali Atlantika Alyansı Şurası Rusiya Federasiyasının Cənubi Osetiya və Abxaziya gürcü regionalarının müstəqilliklərini tanımaq barədə qərarını tənqid edirlər və Rusiyanı öz qərarını dəyişdirməyə çağırırlar”, deyə bəyanatada bildirilir. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 27.08.2008 17:54

© anspress.com