Türkiyənin Bitlis və Mardin vilayətlərində dünəndən həyata keçirilən əməliyyatda 17 terrorçu öldürülüb
Türkiyə təhlükəsizlik qüvvələri isə 5 şəhid verib
Türkiyə PKK terrorçularına qarşı mübarizəni davam etdirir. Türkiyə Silahlı Qüvvələri baş qərargahının yaydığı məlumata görə, ölkənin Bitlis və Mardin vilayətlərində dünəndən həyata keçirilən əməliyyatda 17 terrorçu öldürülüb, 1 terrorçu isə sağ olaraq ələ keçirilib. Türkiyə təhlükəsizlik qüvvələri isə 5 şəhid verib. Bundan başqa, terrorçuların dəmiryolu xəttini minalaması nəticəsində Şanlıurfa-Qaziantep marşrutu üzrə hərəkət edən qatarın hərəkətində fasilə yarandığı bildirilir. Belə ki, qatarın maşınisti dəmiryolu xəttinin yaxınlığında şübhəli paket aşkar edib. Əraziyə çağırılan mina təmizləyənlər dəmiryolu xətti yaxınlığında basdırılmış 7 ədəd tank əleyhinə minanı zərərsizləşdiriblər./ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 27.08.2008 11:01 © anspress.com |