On dörd il əvvəl baş vermiş qətlin üstü açılıb
Qətldə təqsirli bilinən Akif Gülməmmədovun ötən il daha bir nəfəri öldürdüyü üzə çıxıb
Gəncə Şəhər Polis İdarəsi və Kəpəz rayon polis şöbəsinin birgə keçirdikləri tədbirlər nəticəsində 14 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. Kəpəz RPŞ-nin rəisi Elçin Qasımovun verdiyi məlumata görə, qətli törətməkdə təqsirli bilinən Akif Gülməmmədov saxlanılıb. Qeyd edək ki, 1994-cü ilin yanvar ayında Gəncə şəhəri Post qəsəbəsi dəmir yol keçidinin yaxınlığında Elxan Əliyev özünə məxsus "Moskviç" markalı avtomobilin içində qətlə yetirilib. O, Makarov tipli tapançadan açılan güllə nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində Akif Gülməmmədovun ötən il daha bir qətl hadisəsi törətməsi müəyyən olunub. O, ötən ilin oktyabrında Bərdədə Rza adlı şəxsi qətlə yetirməkdə təqsirləndirilir./ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.08.2008 16:11 © anspress.com |