Türkiyənin İzmir şəhərində terror aktı törədilib (Yenilənib)
İzmirin Buça yaşayış məntəqəsində baş verən partlayışda ən azı 16 nəfər yaralanıb
Türkiyənin İzmir şəhərində terror aktı törədilib. İzmirin Buça yaşayış məntəqəsində baş verən partlayışda ən azı 16 nəfər yaralanıb. Partlayış hərbi maşın karvanı yoldan keçən zaman həyata keçirilib. Yaralıların əksəriyyəti polislər və hərbçilərdir. Onların sırasında türk ordusunun polkovniki də var. Hadisə zamanı yoldan keçən beş nəfər mülki şəxs də müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar təcili olaraq xəstəxanalara aparılıb. Hadisə yerinə jandarma qüvvələri gətirilib. Terror aktı nəticəsində üç maşına ziyan dəyib. Partlayışın yol kənarında dayanmış maşınlardan birinə quraşdırılmış partlayıcı maddələrin uzaqdan idarə etmə üsulu ilə həyata keçirildiyi güman edilir./ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.08.2008 13:43 © anspress.com |