Bu gün orta ixtisas məktəblərinə 9 illik təhsil bazasından qəbul imtahanı keçiriləcək
9452 boş plan yeri uğrunda 23 min 277 abituriyent mübarizə aparacaq
Bu gün orta ixtisas məktəblərinə 9 illik təhsil bazasından qəbul imtahanı keçiriləcək. Bu haqda ANS PRESS-ə məlumat Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran,Şəki, Göyçay, Şirvan və Qubada saat 14.00-da başlanacaq. TQDK-dan verilən məlumata görə, imtahanların keçirilməsinin təşkili üçün sözügedən bölgələrdə bu məqsədlə 41 bina ayrılıb. 9452 boş plan yeri uğrunda 23 min 277 abituriyent mübarizə aparacaq. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.08.2008 11:54 © anspress.com |