Siyəzən şəhərində avtomobil yolu keçmək istəyən 3 piyadanı vurub
Nəticədə 3 yaşlı Pəri Müslümova dünyasını dəyişib
Avqustun 20-də saat 18.00 radələrində Siyəzən şəhərində Səttar Bəhlulzadə küçəsində Siyəzən rayon sakini Hikmət Məcid oğlu Həsənov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçmək istəyən 13 yaşlı Nərmin Nüsrət qızı Müslümova, 3 yaşlı Pəri Nüsrət qızı Müslümova və 15 yaşlı Bəyiş İlham oğlu Quliyevi vurub. Nəticədə hər üç xəsarət almış piyada Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıblar. Siyəzən rayon polis şöbəsinin müstəntiqi Xaləddin Fətəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 3 yaşlı Pəri Müslümovanın həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanlar isə müalicə olunurlar. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.08.2008 13:02 © anspress.com |