Dünyada neftin qiyməti yenidən bahalaşmaya başlayıb
Bahalaşmaya səbəb kimi Amerikada yanacaq ehtiyatlarının son 1 həftədə 3 milyon barel azalması və dolların ucuzlaşması göstərilir

İki günlük ucuzlaşmadan sonra dünya bazarında neft yenidən bahalaşıb. Bu gün birjalarda 1 barel neft 115 dollara satılıb. Bahalaşmaya Amerikada yanacaq ehtiyatlarının son 1 həftədə 3 milyon barel azalması və dolların ucuzlaşması səbəb olub. Bu gün maliyyə birjalarında avro 1 dollar 47 sentdən də baha dəyişdirilib. Qızılın qiyməti isə yenidən qalxıb. İndi 1 unsiya qızıl 822 dollara satılır. Başqa sözlə qızılın qramı 26 dollar 50 sentədir. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 20.08.2008 20:02

© anspress.com