Azərbaycan hökuməti fermerlərə yardımları ödəməyə başlayıb
Bu ilin sonuna qədər 40 mindən çox fermerə yardım ödəniləcək
Hökumət fermerlərə yardımların verilməsinə başlayıb. İlin sonuna qədər 40 mindən çox fermer yardım alacaq. Əkinçiliklə məşğul olan fermerlərə hər hektara görə 40 manat yardım veriləcək. Həmçinin taxıl əkən fermerlər də hər hektara görə əlavə 40 manat alacaq. Kənd təsərrüfatı nazirliyinin şöbə müdri İslam İbrahimovun sözlərinə görə yardımların verilməsi kənd təsərrüfatında istehsalın artmasına imkan yaradacaq. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.08.2008 19:28 © anspress.com |