Ermənistanın alternativ dəmir yolunun bərpası ilə bağlı yaydığı xəbərlər həqiqətə uyğun deyil (Fotossesiya)
Rəsmi Gürcüstan bu barədə yayılan xəbərləri yalanlayıb və yolun ən yaxşı halda iki həftəyə bərpa ediləcəyini bildirib
Gürcü tərəfi, rəsmi İrəvanın, Gürcüstanla Ermənistan arasında, avqustun 16-da Kaspi rayonunda partladılmış körpüyə alternativ olan yol vasitəsi ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və buradan yüklərin daşınmasının mümkünlüyü ilə bağlı yaydığı məlumatları həqiqətə uyğun olmadığını bəyan edib. Gürcüstan dəmiryolları idarəsi icraçı direktorunun müavini Zviad Zakaryadzenin ANS-ə verdiyi məlumata görə, alternativ yolunun açılması heç cür mümkün deyil. Xatırladaq ki, novosti-armeniya agentliyi Ermənistan Cənubi Qavqaz dəmiryolu idarəsinin mətbuat katibi Vaqe Davtyana istinadən Kaspi rayonundaki körpüyə alternativ yolun bərpasının başa çatdığını və yaxın günlərdə yükdaşımanın bərpa ediləcəyi barədə məlumat yaymışdı. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.08.2008 18:51 © anspress.com |