Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş başlayıb
Səfər proqramına görə R.Ərdoğan bu gün sat 21:00-da öz ölkəsinə qayıdacaq

Türkiyə Cumhiriyyətinin baş naziri Rəcəb Tayyip Ərdoğanı Azərbaycana gətirən təyyarə Bakı vaxtı ilə saat 15:45-də Beynəlxalq Hava Limanında yerə enib. Baş nazir hava limanından birbaşa prezident İlham Əliyevin Zağulbadakı iqamətgahına yollanıb. Bu haqda məlumat ANS PRESS-ə Turkiyənin ölkəmizdəki səfirliyindən verilib. Hazırda baş nazir R. Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş başlayıb. Görüşdə Gürcüstanda baş verən son hadisələr və regionda sülh və tərəfdaşlıqla bağlı digər məsələlərin müzakirə olunacaq. Səfər proqramına görə R.Ərdoğan bu gün sat 21:00-da öz ölkəsinə qayıdacaq.

Gülnaz Qənbərli \ANSPRESS\

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 20.08.2008 17:15

© anspress.com