Adriano “İnter”ə dönür
Ötən sezonu Braziliyanın “San Paulo” komandasında icarə əsasında çıxış edən Adriano “İnter”lə 2012-ci ilə qədər yeni müqavilə imzalayacaq
Çox içki içdiyi üçün komanda ilə arasında narazılıq yaranan və buna görə də Braziliyanın “San Paulo” komandasına icarəyə verilən Adriano “İnter”ə geri dönür. Hazırda zədəsi olan braziliyalı hücumçunun meneceri “İnter”lə danşıqlar aparır. Adrianonun içki problemindən qurtulması və əvvəlki formasını bərpa etməsi “İnter” rəhbərliyini hərəkətə gətirib. Komandanın rəhbərliyi ulduz futbolçuya 2012-ci ilə qədər davam edəcək yeni bir müqavilə təklif edib.Adrianonun yaxın günlərdə “İnter”lə müqavilə imzalayacağı açıqlanıb.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.08.2008 16:32
© anspress.com
|