Hərbi münaqişə nəticəsində Gürcüstanda 215 nəfər həlak olub
Onlardan 13-ü Daxili İşlər Nazirliyinin, 133- ü Müdafiə Nazirliyinin əməkdaşıdır, 69-u isə dinc sakindir
Hərbi münaqişə nəticəsində gürcü tərəfdən 215 nəfər həlak olub. Onlardan 13-ü Daxili İşlər Nazirliyinin, 133- ü Müdafiə Nazirliyinin əməkdaşıdır, 69-u isə dinc sakindir. Bu barədə jurnalistlərə Gürcüstanın Müdafiə və Təhlükəsizlik üzrə Parlament Komitəsinin sədri Qivi Tarqamdaze məlumat verib. Əldə olan məlumata görə, Gürcüstanda hərbi münaqişə nəticəsində ümumilikdə 1469 nəfər yaralanıb, onlardan 446 nəfəri hazırda stasionar rejimdə müalicə olunur. Yaralananlardan 209-u DİN, 1199-u Müdafiə Nazirliyinin əməkdaşı, 61-i isə dinc sakindir. Qeyd edək ki, şəxsiyyəti naməlum qalan 10 nəfərdən DNT nümunələri götürülüb və onların şəxsiyyəti müəyyənləşdiriləcək. Hazırda Müdafiə Nazilriyinin 70 nəfər hərbçisi itkin düşüb. Deputat bildirib ki, dinc əhali arasında itkin düşənlərin dəqiq sayı Gürcüstan şəhər və kəndləri işğaldan azad olunandan sonra bilənəcəyini deyib. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.08.2008 16:18 © anspress.com |