Bakıda “Nə? harada? və nə vaxt?” İntellektual Oyunu üzrə Elitar Klubların Dünya Cempionatı keçiriləcək
Cempionatda 50 nəfərə yaxın Rusiya, Ukrayna, Gürcustan və Azərbaycan komandaları iştirak edəcək

23-27 avqust tarixlərdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və “Game TV” Prodüsser Mərkəzi ilə birgə Bakı şəhərində «Nə? Harada? Nə vaxt?» İntellektual Oyunu üzrə Elitar Klubların Dünya Cempionatı keçiriləcək. Cempionatda 50 nəfərə yaxın Rusiya, Ukrayna, Gürcustan və Azərbaycan komandaları iştirak edəcək.
Oyun 7 ildirki mütəmadi olaraq yay aylarında keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yarışda Calal Orucov, Fuad Musayev , Əziz Mürşidli, Adnan Axundov, Anar Əzimov, Rauf Nəzərli kimi məşhur oyunçular Azərbaycanı təmsil edəcəklər.
Rusiya “Nə, Harada və Nə vaxt ” yarışmasında 7, Ukrayna 9, Gürcüstan 8 oyunçusu ilə iştirak edəcək.
Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 21.08.2008 09:54

© anspress.com