«Ermənistanda keçiriləcək 1 avqust mitinqi həlledici mərhələnin başlanğıcı olacaq»
Bu sözləri müxalifət lideri Levon Ter Petrosyanın mətbuat katibi Arman Musinyan deyib

«Ermənistan müxalifəti avqust ayının 1-də mitinq keçirməyə hazırlaşır. Bu mitinq mübarizənin sonuncu, həlledici mərhələsinin başlanğıçı olacaq». Bu sözləri müxalifət lideri, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın mətbuat katibi Arman Musinyan deyib. Musinyan bu mərhələdə aksiyaların daha da fəallaşacağını və hakimiyyətin fəaliyyətinə daha sərt qiymət veriləcəyini deyib. «Müxalifət məzuniyyətə çıxmaq fikrində deyil. 1 avqust mitinqi istənilən hava şəraitində keçiriləcək. Biz böyük tədbir keçirməyi planlaşdırıq. Onun nəticələrini isə yaxın gələcəkdə görmək mümkün olacaq».
Munisyan bildirib ki, mitinqi keçirmək üçün şəhər meriyasına müraciət edəcəklər. O, ötən dəfə hakimiyyətin Matendaran meydanında keçirilməli olan mitinqə icazə verilmədiyini də xatırladaıb. Mətbuat katibi hakimiyyətin mitinqin keçirməsinə mane olacaq heç bir addım atmayacağını deyib. «Əks halda onların atdıqları addımlar provokasiya xarakteri daşıyacaq».

Xatırladaq ki, Ermənistanda prezident seçkiləri fevral ayının 19-da keçirilib. Seçkinin nəticələri ilə razılaşmayan müxalifət tərəfdarları seçkidən sonra kütləvi aksiyalar keçirmişdi. Müxalifət lideri Levon Ter Petrosyanın tərəfdarları kütləvi aksiyalardan sonra iyunun 20-də və iyulun 4-də Matendaran meydanında mitinq keçiriblər. Hər iki mitinq razılaşdırılmamış olub./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 25.07.2008 14:56

© anspress.com