Bakı-Sumqayıt yolunun başlanğıcında Kamaz aşıb
Avtomobilin texniki nasazlıq nəticəsində aşdığı güman edilir
Bakı-Sumqayıt yolunda yol qəzası baş verib. 20 yanvar dairəsindən Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən Kamaz markalı yük avtomobili tunneldən çıxarkən texniki nasazlığın baş verməsi nəticəsində aşıb. Qəza nəticəsində Kamazın sürücüsü Füzuli Abbasov başından yüngül xəsarət alıb. Binəqədi Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər və araşdırmalara başlanılıb. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 13:42 © anspress.com |