TQDK IV qrup ixtisasları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb
Azərbaycan bölməsində 70, rus bölməsində isə 13 abituriyent 650-700 bal intervalında nəticələr göstərib

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) IV qrup ixtisasları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK sədrinin müavini Namiq Babayevin sözlərinə görə, IV ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 3459-dur (2048 azərbaycan bölməsi, 316 rus bölməsi 1095 nəfər isə birgə müsabqə aparan ixtisaslar üzrə). Onun sözlərinə görə test imtahanlarının nəticələrinə görə 4179 müsabiqə iştirak etmək hüququ qazanıb (3628 Azərbaycan, 551 nəfər isə rus bölmələri üzrə). «Azərbaycan bölməsində 70, rus bölməsində isə 13 abituriyent 650-700 bal intervalında nəticələr göstərib. İxtsas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən hər bir imtaahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar».
Gülnaz Qənbərli /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 25.07.2008 13:36

© anspress.com