Bu gün amerikalı və almaniyalı diplomatlar Abxaziyaya səfər edəcəklər
Səfərin məqsədi - gürcü-abxaz münaqişəsinin həlli perspektivlərini müzakirə etməkdir
Bu gün səhər Amerika Dövlət katibi müavininin köməkçisi Metyu Brayza Abxaziyaya səfər edib. İki günlük səfərin məqsədi gürcü-abxaz münaqişəsinin həlli perspektivlərini müzakirə etməkdir. Jurnalistlərə müsahibə verən M/Brayza deyib ki, Amerika Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində gürcü-abxaz münaqişəsinin sülh yolu ilə həlli prosesinin aktivləşdirilməsini dəstəkləyir. O, abxaz tərəfini rəsmi Tiflis ilə birbaşa danışıqları bərpa etməyə razı salacağına ümid etdiyini deyib. M.Brayzanı Amerikanını Gürcüstandakı səfiri Con Teff, siyasi-iqtisadi sektorun rəhbəri Culi Fişer və siyasi məsələlər üzrə müşavir Con Devis Kirşner müşayiət edir. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 12:02 © anspress.com |