Xaçmazda VAZ 2106 Mercedeslə toqquşub
Gecə 1 radələrində baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb
İyulun 24-dən 25-nə keçən gecə Xudat-Nabran yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Xaçmazın Seyidli kəndi ərazisində qeydə alınıb. Rayon Prokurorluğunun böyük müstəntiqi İlkin Abdullayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, gecə saat 1 radələrində Bakı istiqaəmtində hərəkət edən İbrahim Quluzadənin idarə etdiyi VAZ 2106 markalı maşın, Ruslan Məmmədovun idarə etdiyi, əks istiqamətlə hərəkət edən Mersedes markalı maşınla toqquşub. Hadisə nəticəsində birinci maşında olan sərnişin, 24 yaşlı Ellin Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. VAZ 2106-nın sürücüsünün vəziyyəti isə ağırdır. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir. Qəzanın səbəbləri isə avtoekspertizadan sonra müəyyənləşəcək./ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 11:29 © anspress.com |