Abituriyentlərin ixtisas seçimi başlayır
Bu hüquqa qəbul imtahanlarında müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdir

Bu gündən ölkənin ali məktəblərinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin ixtisas seçimi mərhələsi başlayırr. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər. Qeyd edək ki, ixtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər. İxtisas seçimi avqust ayının 5-nə kimi davam edəcək. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 25.07.2008 11:21

© anspress.com