Çində məscid uçub
Hadısə nəticəsində 8 nəfər ölüb
Çinin şimal-qərbində yerləşən Stinxay əyalətində məscid uçub. Nəticədə səkkiz nəfər ölüb. Ölənlərdən biri azyaşlı uşaqdır. Daha 23 nəfər isə yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Hələlik xilasedicilər işlərini başa çatdırmadıqları üçün tələfat barədə dəqiq məlumat vermək mümkün deyil. Lakin onlar ölənlərin sayının artacağını istisna etmirlər. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 10:58 © anspress.com |