Beynəlxalq Qılıncoynatma Federasiyası muşketyorların yeni reytinq sıralamasını dərc edib
Sablyaçılarımız ötən ayla müqayisədə xeyli irəliləyib

Beynəlxalq Qılıncoynatma Federasiyası muşketyorların yeni reytinq sıralamasını dərc edib. Azərbaycanın iki sablyaçısı ötən ayla müqayisədə xeyli irəliləyib. Muşketyorlarımıvz arasında ən yüksək göstərici Səbinə Əmrahzadəyə məxsusdur. 17 pillə irəliləmiş qılıncoynadanımız 32 xalla 64-cü sırada qərar tutub.

Qeyd edək ki, Əmrahzadə son bir ayda 41 pillə irəliləyib. Yığmamızın rusiyalı legioneri Janna Muradqızı isə 8 pillə irəliləyərək 30 xalla 69-cu pilləyə yüksəlib. Aktivində 6 xalı olan yığma üzvü Sevil Bünyatova 170-ci sıradakı mövqeyini qoruyub saxlamağa müvəffəq olub. Hesabında cəmi 4 xalı olan Aidə Ələsgərova isə 194-cü pillədən 313-cü sıraya enib. Milli komandamıza gəlincə, kvartetimiz 131 xalla 33 komanda arasında 14-cü yeri tutur. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 25.07.2008 10:32

© anspress.com