İraq yığmasının Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub
Iraqlı idmançıların yerləri digər ölkələrin nümayəndələri arasında bölüşdürüləcək

Beynəlxalq Olimpiya Komitəsi İraq yığmasının avqust ayında Pekində keçiriləcək Olimpiya oyunlarında iştirakına qadağa qoyub. İraq yığmasının tərkibində Pekinə yeddi nəfər yollanmalı idi.
İraqın Gənclər və İdman Nazirliyinə göndərilən rəsmi məktubda İraqın Milli Olimpiya Komitəsinin (MOK) işinin dayandırıldğı bildirilir. Bu «siyasi səbəblər» ilə bağlıdır. Bu sanksiyaların qoyulmasına səbəb isə İraq hakimiyyətinin MOK-un işlərinə qarışması olub.
Qeyd edək ki, İraqda Olimpiya Komitəsi və idman federasiyaları bu ilin may ayının 21-də ləğv edilib. Əvəzində isə idman və gənclər nazirinin rəhbərliyi ilə müvəqqəti administrasiya təşkil edilmiş, Beynəlxalq Olimpiya Komitəsi isə bu qurumu tanımaqdan imtina etmişdi. Bu vaxta kimi məsələ həll olunmadığı üçün də idmançılar Olimpiya oyunlarında iştirakdan məhrum olublar. Onların yerlərini isə BOK digər ölkələrin nümayəndələri arasında bölüşdürəcək. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 25.07.2008 10:53

© anspress.com