Rusiyanın Xabarovsk şəhər məhkəməsində azərbaycanlılara hökm oxunacaq
Bölgəyə narkotik maddələrin satışı ilə məşğul olan qrupun izinə yalnız üç ildən sonra çıxmaq mümkün olub
Bu gün Rusiyanın Xabarovsk şəhər məhkəməsində narkotik maddələrin satışı ilə məşğul olan 11 nəfərlik qrupun işi üzrə son iclas keçiriləcək. Müttəhilər kürsüsündə əyləşən şəxslərə, o cümlədən də səkkiz azərbaycanlıya hökm oxunacaq. «İnterfaks-Dalni Vostok» informasiya agentliyinin yaydığı xəbərdə bildirilir ki, qrupun üzvləri 2003-cü ildən 2006-cı ilədək Komsomolsk na Amure və Xabarovsk şəhərlərində narkotik maddələrin satışı, onların xüsusilə də yeniyetmələr arasında yayılması ilə məşğul olub. Qrupun rəhbəri isə əvvəllər hərbçi olub, döyüşlərdə iştirak edib, ona görə də dəmir iradəli bir şəxs kimi özünün tabeliyinə istənilən adamı keçirib, onların vasitəsilə pul qazanırmış. Digər 10 müttəhim isə çətənə becərtmək, sonradan isə ondan narkotik maddə hazırlamaq və satmaqla məşğul olub. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 10:05 © anspress.com |