Güzdəkdəki kərpic zavodunun işçiləri bir-birini bıçaqlayıb
24 yaşlı Ayaz Dadaşovun üzərində cərrahiyyə əməliyyatı aparılıb
Bu gecə Abşeron rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. Bıçaqlanan - Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakini, Abşeron rayonu Güzdək qəsbəsindəki kərpic zavodunda mühafizəçi işləyən 24 yaşlı Ayaz Zülfiqar oğlu Dadaşov olub. Kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə kliniki tibbi mərkəzə çatdırılan zərəçəkmişin üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 10:08 © anspress.com |