Ermənistan Ordusu bu gecə də Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Son bir sutka ərzində cəbhə xəttinin müxtlif istiqamətlərində Azərbaycan Ordusunun mövqeləri 1 saat 50 dəqiqə ərzində atəşə məruz qalıb
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-də saat 11.00-dan 11.15-dək və 18.20-dən 18.40-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Şavarşavan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Fərəhli kəndi ərazisində yerləşən mövqelərini; saat 16.15-dən 16.30-dək və iyulun 25-də saat 00.00-dan 00.15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 22.00-dan 22.30-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən; iyulun 25-də saat 03.00-dan 03.15-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 09:52 © anspress.com |