Türkiyədə iki azyaşlı uşaq terrorçuların quraşdırdığı minaya düşərək ölüb
Baş vermiş partlayış nəticəsində daha iki azyaşlı uşaq yaralanıb

Türkiyə Diyarbəkir vilayətində baş vermiş mina partlayışında 2 azyaşlı uşaq həlsk olub. CNN Türk-ün yaydığı məlumata görə, Diyarbəkir vilayəti Lice rayonunun Gültikan kəndində çöllük ərazidə oynayan bir qrup uşaq minaya düşüb. Baş vermiş partlayışda 10 yaşlı Fərhad Sönməz və 12 yaşlı Suat Orak ölüb, biri 10, digəri 3 yaşında iki uşaq isə yaralanıb. Yaralı uşaqlar əsgəri helikopterlə hərbi hosbitala çatdırılıb. Türkiyə hüquq-mühafizə orqanları hadisə barədə istintaq başladıb. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 20:43

© anspress.com