ARDNŞ-ə aid Kulevi terminalından 200 min ton neft məhsulu göndərilib
Şirkət bu il Kulevi limanında quru yüklərin və maye qazın nəqli üçün terminalın tikintisini də nəzərdə tutur

Azərbaycan respublikası dövlət neft şirkəti (ARDNŞ) qara dəniz sahilindəki Kulevi terminalından 200 min ton neft məhsulu göndərib. Sokar Corcia şirkətindən verilən məlumata görə, nəqldə əsas pay şirkətin bağladığı müqavilələr üzrə göndərilən məhsullardır. Şevron şirkəti Qazaxıstanın 'Tengiz' yatağından hasil edilən neftini bu terminal vasitəsilə nəql etmək istəyir. Müqaviləyə əsasən Şevron ildə 2 milyon tondan artıq qara qızıl ixrac edəcək. Bundan başqa bu il Kulevi terminalında quru yüklərin və maye qazın nəqli üçün terminalın tikintisinə başlanılması la nəzərdə tutulur. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 21:15

© anspress.com