Fransada ağır atletika üzrə yeniyetmələr arasında Avropa Birinciliyi keçirilir
Yarışda Azərbaycanı üç ağır atlet təmsil edir
Fransanın Amyen şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Avropa Birinciliyi keçirilir. Yarışda Azərbaycanın idman şərəfini üç ağır atlet qoruyur. İlk olaraq körpücüky üzərinə 50 kq çəki dərəcəsində yarışan Zülfüqar Seyidov çıxıb. Atletimiz birdən qaldırmada 70, təkanla isə 93 kq-lıq ağırlığı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində 163 kq toplıyan Zülfüqar yarışı 6-cı yerdə bitirib. Bu çəkidə Avropa Birinciliyinin qalibi adını Türkiyə atleti İsmət Əlqul qazanıb. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 16:29 © anspress.com |