Müsavat Partiyiası avqustun 1-də etiraz aksiyası keçirmək niyyətindədir
Aksiya iştirakçıları sərbəst toplaşma hüququnun və digər demokratik azadlıqların bərpa olunması ilə bağlı öz etiraz səslərini ucaldacaqlar

Müsavat Partiyiası avqustun 1-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Bu haqda ANS PRESS-ə məlumat verən partiya yetkilisi Arif Hacılının sözlərinə görə, artıq bu məqsədlə meriyaya məktub göndərilib. «Etiraz aksiyasında partiyanın 50 nəfər üzvü iştirak edəcək. Onlar sərbəst toplaşma hüququnun və digər demokratik azadlıqların bərpa olunması ilə bağlı öz etiraz səslərini ucaldacaq».
Gülnaz Qənbərli \ANS PRESS\

 

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 16:03

© anspress.com