"Jurnalistlərin dostu" mükafatının qailibi seçildi
Mükafat ABŞ-nın Azərbaycandakı səfiri Enn Dörsiyə təqdim edildi
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi Azərbaycan Siyasi və Mülki Müdafiə Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə “Jurnalistlərin dostu” nominasiyasının qalibi elan edilib. O, çıxışında bildrib ki, "media azadlığı olmadan demokratiya və azad cəmiyyət də ola bilməz. Azad mətbuatın rəqabət şəraitində inkişafı üçün mütləq normal şərait yaradılmalıdır”. Ə.Dörsi ABŞ-ın Azərbaycanda söz və mətbuat azadlığını dəstəklədiyini də diqqətə çatdırıb.Səfir çıxışında bəyan edib ki, seçkilər ərəfəsində həm Azərbaycanda, həm də ABŞ-da medianın rolu çox önəmlidir: “Seçicilər mövqelərini medianın reportajları əsasında formalaşdırırlar. Ona görə də azad və peşəkar medianın işi çox vacibdir» . © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 13:40 © anspress.com |