Türkiyə prezidenti Abdulla Gül və Azərbaycan prezidenti İlham Əliyev Qars şəhərində görüşüb
Dövlət başçıları Asiya və Avropa ölkələrinə yükdaşınmasında mühüm əhəmiyyəti olan Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin tikintisini tarixi hadisə adlandırıblar

Bu gün səhər Türkiyə prezidenti Abdulla Gül və Azərbaycan Prezidenti İlham Əliyev Qars şəhərində görüşüb. Hər iki dövlət başçısı iki ölkə arasındakı münasibətləri yüksək dəyərləndiriblər. Dövlət başçıları Asiya və Avropa ölkələrinə yükdaşınmasında mühüm əhəmiyyəti olan Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin tikintisini tarixi hadisə adlandırıb. Görüşün digər təfərrüatları açıqlanmır.
Gülnaz Qənbərli /ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 12:56

© anspress.com