İki ildir cibində marixuana gəzdirən şəxs tutulub
Aslan Abdullayev narkotik vasitəni tanımadığı şəxsdən aldığını deyir

Üzərində narkotik vasitə gəzdirən Xudat şəhər sakini tutulub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, polis şöbəsinə dəvət edilən 1976-cı il təvəllüdlü Aslan Abdullayevin şalvarının cibindən 6,31 qram qurudulumuş marixuana tapılıb. Saxlanılan şəxs marixuananı iki il əvvəl Yevlaxda tanımadığı şəxsdən aldığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 11:48

© anspress.com