Yaponiyada güclü zəlzələ olub
6,8 bal gücündə olan yeraltı təkan nəticəsində 130-a yaxın insan yaralanıb
Yaponiyada zəlzələ baş verib. Təbii fəlakət iyulun 13-dən 24-nə keçən gecə qeydə alınıb. Yeraltı təkanların gücü Rixter şkalası üzrə 6,8 bal olub. Zəlzələnini episentri isə ölkənin şimalında yerləşən İvate prefekturasında, yerin 120 km dərinliyində yerləşir. Təbii fəlakət nəticəsində 130-a yaxın insan yaralanıb. Onlarla insanını vəziyyəti ağırdır. Ölənlər barədə məlumat yoxdur. Zəlzələ nəticəsində ölkənin İvate, Aomori, Miqyani, Akita və Tiba əyalətlərində elektrik enerjisi kəsilib. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 12:06 © anspress.com |