Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq
Məhdudiyyətlər Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən avtomobil yolunun genişləndirilməsi və yeni çəkilmiş qaz kəmərinin işlək qaz təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədardır

Bu gün səhər saatlarından etibarən Bakının Əzizbəyov, Suraxanı, Sabunçu rayonları ərazisinə təbii qazın verilməsində məhdudiyyətlər yaranıb. «Azəriqaz» səhmdar cəmiyyətinin mətbuat xidmətinlən verilən məlumata görə, məhdudiyyətləriny aranmasına səbəb Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən avtomobil yolunun genişləndirilməsi və yeni çəkilmiş qaz kəmərinin işlək qaz təchizatı şəbəkəsinə birləşdirilməsilə əlaqədardır. Aparılan təmir bərpa işləri başa çatandan sonra adıçəkilən raoynlarda qaz təchizatı bərpa olunacaq./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 12:01

© anspress.com