Ağcəbədidə 5 ayaqlı buzov doğulub
Buzov kənd baytarının təsərrüfatında dünyaya gəlib
Ağçəbədi rayonunda qeyri adi hadisə baş verib. ANS PRESS-in məlumatına görə, rayonun Yuxarı Qiyamədinli kəndində 5 ayaqlı buzov doğulub. Qeyri adi buzov kənd baytarı olan Allahverdi Əliyevin təsərrüfatında dünyaya gəlib. Baytarın sözlərinə görə, buzov bir neçə gün öncə doğulub. Heyvanın beşinci ayağı onun boyun nayihəsində yerləşir və tam inkişaf edib. A.Əliyev əvəllər kənddə belə anomal hadisənin heç vaxt baş vermədiyini deyib. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 12:05 © anspress.com |