Quba -Xınalıq yolunda sürüşmənin nəticələri aradan qaldırılıb
Yolda nəqliyyatın hərəkəti tam bərpa edilib

Quba-Xınalıq yolunun 30-cu kilometrliyində, Qırız Dəhnə kəndi ərazisində baş verən torpaq sürüşməsinin nəticələri aradan qaldırılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, sürüşmə nəticəsində bağlanan avtomobil yolu artıq açılıb və yola avtomobillərin hərəkəti tam bərpa olunub.
Xatırladaq ki, sürüşmə hadisəsi iyulun 22-də baş vermişdi. Qayanın uçması nəticəsində yol tamamilə bağlanmış və nəqliyyatın hərəkəti dayanmışdı. Nəticədə onlarla maşın yolda qalmışdı. Torpaq sürüşməsinə səbəb isə yaxınlıqdakı şəlalənin  yağışlardan sonra məcrasının dəyişməsi olub./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 12:13

© anspress.com