Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Qarşı tərəf cavab atəşi ilə susdurulub

Ermənistan silahlı qüvvələri iyulun 23-ü axşam saatlarından başlayaraq bir neçə saat ərzində atəşkəs rejimini pozub. Erməni ordusu Füzulinin adsız yüksəklikləri və Aşağı Əbdürrəhmanlı kəndi, Xocavəndin Kuropatkino, Ağdamın Əhmədağalı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 11:52

© anspress.com