Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb
İki sərnişin mikroavtobusunun minik maşını ilə toqquşması nəticəsində üç nəfər yaralanıb
Bu gecə Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qara Qarayev prospekti ilə yüksək sürətlə hərəkət edən Mersedes markalı iki sərnişin mikroavtobusu ilə Hunday markalı minik avtomobili toqquşub. Bundan sonra mikroavtobuslardan biri aşıb. Qəza nəticəsində hər üç maşını bərk əzilib. Marşurutda və avtomobildəki sərnişinlər ağır xəsarətlər alıb. Şahidələrin sözlərinə görə, xəsarət alanlar təcilli tibbi yardım maşınları ilə dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılb. Kliniki Tibbi Mərkəzdən isə qəzadan dərhal sonra xəstəxanaya gətirilən üç nəfərdən birinin vəziyyətinin daha ağır olduğu bildirilib. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalara başlanılıb. İdarəninin növbətçi hissəsindən verilən məlumata görə, qəza baş verən an hadisə yerində xəsarət alanların sayı çox olsa da, ölən olmayıb. Nizami Rayon Polis İdarəsinini müstəntiqi tərəfindən avtotexniki ekspertiza da təyin olunub. Ekspertizanın verəcəyi rəydən sonra yol qəzasının baş verməsinin daha dəqiq səbələri də məlum olacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 10:26
© anspress.com
|