Bu gündən ölkə ərazisində anomal isti hava şəraiti gözlənilir
Bakı və Abşeronda havanın temperaturu 37-39, Naxçıvanda isə 38-42 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır
Bu gündən başlayaraq iyula ayının 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu müddət ərzində temperaturların yüksəlməsi, maksimal hərarətin Bakı və Abşeronda 37-39 dərəcə, bəzi ərazilərdə 40 dərəcə, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında isə 38-42 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 10:07 © anspress.com |