Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsahibə başa çatıb
Müsahibənin yekunlarına görə ən çox vakant vəzifə çıxaran dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,ən çox namizəd keçən isə İqtisadi inkişaf Nazirliyidir
2008-ci il 5 və 18 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 13 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 168 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün etdiyi müsahibə başa çatıb. Bu haqda ANS PRESS-ə Azərbaycan Respublikası Prezident yanında Dövlət Qulluğu Məsələləi üzrə Komissiyanın sədri Bəhram Xəlilov verib. Onun sözlərinə görə, müsahibədə iştirak etmək üçün 130 namizəd qeydə alınıb. Onlardan 25-i qadın, 105-i isə kişi olub. Gülnaz Qənbərli \ANS PRESS\ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 10:17 © anspress.com |