2008-ci ildə ilk dəfə ötən ay avtomobil bazarında qiymət artımı qeydə alınıb
Mütəxəssislər buna səbəb kimi istehlakçının alıcılıq qabiliyyətinin artmasını göstərir

Son 8 ayda ilk dəfə olaraq avtomobillərin təkrar bazarında qiymətlər artıb. "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin məlumatına görə, ötən ay köhnə avtomobillər təqribən 6 faiz bahalaşıb. İndi bazarda avtomobillərin orta qiyməti 17-20 min dollardır. Bu əhalinin iqtisadi vəziyyətinin yaxşılaşmasıyla bağlıdır. "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramin Osmanov: “Müşahidələr göstərir ki, Azərbaycan alıcılarının imkanları iqtisadiyyatın inkişafı ilə eynidir. Potensial alıcının imkanı artıq 20-25 min dollarlıq maşınları almağa imkan verir”. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 00:32

© anspress.com