Bu gün Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin Türkiyə hissəsinin təməlqoyma mərasimi keçiriləcək
Texniki iqtisadi əsaslandirmaya əsasən dəhlizin Türkiyə hissəsi 2011-ci ilə qədər tam başa çatdırılacaq

Bu gün Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin Türkiyə hissəsində təməlqoyma mərasimi keçiriləcək. Nəqliyyat nazirliyindən verilən məlumata görə, rəsmi tədbirdə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı gözlənilir. Bununla da Qarsdan Gürcüstan sərhəddinə qədər 76 km uzunluğunda yeni yolun inşasına başlanacaq. İnşaat işlərini isə qonşu ölkənin “Özgün Yapı və Çeliklər” inşaat şirkətləri həyata keçirəcək. Ən son hesablamalara görə yeni yolun çəkilişi Türkiyəyə 370 milyon dollara başa gələcək və vəsaiti hökumət özü ayıracaq. Texniki iqtisadi əsaslandirmaya əsasən dəhlizin Türkiyə hissəsi 2011-ci ilə qədər tam başa çatdırılacaq.

Xatırladaq ki, nəqliyyat dəhlizinin Gürcüstan hissəsində təməlqoyma mərasimi ötən ilin noyabrında keçirilib. İlkin olaraq işlərə Marabda yaxınlığında başlanıb. Ümumiyyətlə layihə çərçivəsində Gürcüstan ərazisində işlər 2 mərhələdə aparılacaq. Artıq birinci olan mərhələ 26 km-lik Maradba-Kartsaxi yolunun inşası aparılır. Podratçı Azərinşaatservis şirkətindən verilən məlumata görə dəmir yolunun keçəcəyi ərazidə yatağın hazırlanması işləri gedir. Yolun inşasının başa çatması 2009-cu ilin sonuna planlaşdırılsa da, bu vaxtın uzadılacağı gözlənilir. Düynada gedən bahalaşma ilə əlaqədar tikintinin qiyməti də artıb.

Azərinşaatservisin mütəxəssisləri son qiymətin dəqiqləşdirilməsiylə məşğuldur. 2-ci mərhələdə isə Marabdadan Axalkalayiə qədər 160 km-lik yolda yenidənuqrma işləri aparılacaq və Türkiyə-Gürcüstan sərhəddində vaqon cütlüklərinin dəyişdirilməsi üçün stansiya inşa olunacaq. Layihə işə düşəndən sonra, ilk illlər dəhlizlə ildə 5 milyon, sonraki dövrlərdə isə 20 milyon ton yükün daşınması proqnozlaşdırılır. Marşrutla əsasən quru yüklər göndərləcək.

Bakıdan-Türkiyəyə birbaşa sərnişin qatarlarının hərəkəti də nəzərdə tutulur. İlkin sənədlərdə layihənin dəyəri 500 milyon dollar qiymətləndirilsə də, bu rəqəmin 700 milyona qədər artacağı istisna olunmur. Dəhlizin Türkiyə ərazisinin tikintisini bu ölkənin hökuməti maliyyələşdirsə də, Gürcüstan hissəsinidə işlər Azərbaycanın ayırdığı kredit hesabına aparılır. Bu məqsədlə neft fondundan 25 illiyə 225 milyon dollar kredit ayrılıb. Rəsmi Tiflis bu kreditə görə ildə cəmi 1 faiz ödəyəcək.
Bu məqsədlə neft fondundan 25 illiyə 225 milyon dollar kredit ayrılıb. Rəsmi Tiflis bu kreditə görə ildə cəmi 1 faiz ödəyəcək. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 01:16

© anspress.com