Gələn il Moskvaya yarım milyon əcnəbi işçi lazım olacaq
Şəhər rəsmisi bildirib ki, bunun 170 mininə tikinti sahəsi, 90 mininə bazar xidmətləri, qalanları isə nəqliyyat və sənaye sahələrində ehtiyac var
Moskva 2009-cu il üçün 500 min əcnəbi işçiyə tələbatın olması haqqında Rusiyanın federal miqrasiya xidmətinə müraciət edib. Bu, ötən illə müqayisdə 200 min nəfər çoxdu. Bu barədə məlumatı, Moskva merinin müavini Valeri Vinoqradov Rusiya paytaxtında miqrasiya siyasəti mövzusunda keçirdiyi konfransda verib. Mer müavini bildirib ki, bunun 170 mininə tikinti sahəsi, 90 mininə bazar xidmətləri, qalanları isə nəqliyyat və sənaye sahələrində ehtiyac var. O, miqrasiya problemlərini tənzimləmək məqsədilə Moskva hökumətinin vahid miqrasiya pəncərəsi adlı plan həyata keçirmək niyyətindədir. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 01:27 © anspress.com |