Bəstəkar Şəfiqə Axundovanın oğlu vəfat edib
Mərhum dünyasını Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında dəyişib

Bəstəkar Şəfiqə Axundovanın oğlu, istedadlı pianoçu-bəstəkar Tale Hacıyev vəfat edib. ANSPRESS-in məlumatına görə mərhum dünyasını Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında dəyişib. Onun son günlər xərçəng xəstəliyindən əziyyət çəkdiyi də bildirilir. Qeyd edəkki, Şərqin ilk opera yazan bəstəkarı Şəfiqə Axundovadan oğlunun ölümü gizlədilir. Buna səbəb isə Ş.Axundovanın özünün ağır xəstə olması göstərilir. Mərhumun cənazəsi xalasının evindən götürülüb.
Xatırlaadaq ki, bəstəkar-pianoçu Taleh Hacıyev 1957-ci il avqustun 14-də Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və piano fakultəsini bitirib. Ümumittifaq Teatr Festifallarının laureatıdır. Bir sıra tamaşaların müsiqisinin müəllifidir. «Belə qəmli dayanma», «Azərbaycan», «Qarabağa dolan bulud» kimi 50-dən çox mahnısı Respublika Qızıl Fondunda saxlanılır. Allah rəhmət eləsin!
Gülnaz Qənbərli \ANSPRESS\

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 23.07.2008 22:03

© anspress.com