Müxalifət avqustun 1-də Serj Sarkisyanın istefasını tələb edəcək
Ermənistan Ümummilli Hərəkatı bəyan edib ki, 1 avqust mitinqi həlledici olacaq
Ermənistan müxalifəti avqustun 1-də həlledici mitinq keçirmək niyyətindədir. Bunu jurnalistlərə eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Ümummilli Hərəkatının nümayəndəsi Levon Zurabyan deyib. Onun sözlərinə görə, aksiya zamanı hakimiyyət tərəfindən ölkədəki siyasi böhranın nizamlanması istiqamətində atdığı addımlara müxalifətin münasibəti açıqlanacaq. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 24.07.2008 01:23 © anspress.com |