Bakının bəzi rayonlarına təbii qazın verilməsində məhdudiyyətlər olacaq
Buna səbəb Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən avtomobil yolunun genişləndirilməsi və yeni çəkilmiş qaz kəmərinin işlək qaz təchizatı şəbəkəsinə qoşulmasıdır
İyulun 24-ü səhər saat 09:00-dan etibarən Bakının Əzizbəyov, Suraxanı, Sabunçu rayonları ərazisinə təbii qazın verilməsində məhdudiyyətlər olacaq. «Azəriqaz» səhmdar cəmiyyətinin mətbuat xidmətinlən verilən məlumata görə, məhdudiyyətlər Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən avtomobil yolunun genişləndirilməsi və yeni çəkilmiş qaz kəmərinin işlək qaz təchizatı şəbəkəsinə birləşdirilməsilə əlaqədardır. İş başa çatdıqdan sonra həmin ərazilərin qaz təchizatı bərpa olunacaq./ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 23.07.2008 10:55 © anspress.com |